Polyak general: Kalininqrad Polşa torpağıdır!
26.03.2022
Kalininqradla bağlı məsələ qaldırmalıyıq. Fikrimcə, bu torpaq Polşaya məxsusdur.
Bu barədə Polşa Quru Qoşunlarının keçmiş komandanı, general Valdemar Skşipçak deyib.
O, Varşavanın Kalininqradla bağlı iddia qaldırmağa haqqı olduğunu bildirib.
Qeyd edək ki, bunda öncə də general Kalininqradı Baltik dənizi və Polşa ovalığına açılan qapı adlandırmışdı.