21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyaya sanksiya Almaniya iqtisadiyyatını sarsıdır

26.03.2022

Alman ekspertlər Ukrayna ətrafındakı vəziyyət və antirusiya sanksiyaları səbəbindən 2022-ci ildə ölkədə iqtisadi vəziyyətin pisləşəcəyini proqnozlaşdırıb.

"DM" "Şpigel” qəzetinə istinadən məlumat verir ki, İqtisadi Tədqiqatlar İnstitutu ölkənin biznes mühitində qiymətlər və işsizlik səviyyəsi, müxtəlif makroiqtisadi göstəricilərin artım dinamikası və s. ilə bağlı yeni araşdırma aparıb.

Nəticədə qurum bu ilki iqtisadi mühitin meyarını 98,5-dən 90,8-ə endirib. Verilən proqnozun nəticəsi isə minimum şəkildə ən azı qarşıdakı altı ayı əhatə edir. Vəziyyətin pisləşməsi isə təchizat halqasının pozulması və logistika problemləri ilə bağlıdır. Məlumatda müəssisələrin üçdə ikisinin artıq qiymətləri qaldırmağa hazır olduğu qeyd olunub.