Girkin:Heç bir istiqamətdə strateji uğur əldə etməmişik
25.03.2022
Xüsusi əməliyyatın 29-cu günü keçib. Heç bir yerdə, heç bir istiqamətdə strateji uğur əldə olunmayıb, ancaq operativ uğurlar var.
"DM" xəbər verir ki, bunu qondarma "dxr”nin sabiq "müdafiə naziri” İqor Girkin İctimai Xəbər Xidmətinin efirində söyləyib.
"Bundan əlavə, düşmən (İ.Girgin Ukrayna Ordusunu nəzərdə tutur) nisbətən daha yaxşı səfərbərlik tədbirlərini keçirir və əks-hücuma keçməyə başlayır… Təəssüf ki, mənim ən pessimist proqnozlarım hazırda tamamilə doğrulub”, - İ.Girkin vurğulayıb.