AB-yə əlavə 15 milyard kubmetr qaz... - Bayden
25.03.2022
ABŞ Avropa Birliyinə bu il əlavə olaraq 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) verəcək.
"DM" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden açıqlama verib.
"ABŞ və AB Rusiyadan təbii qaz asılılığına son qoymaq üçün konkret addımlar atacaq. ABŞ beynəlxalq tərəfdaşları ilə birlikdə bu il Avropa üçün əlavə 15 milyard kubmetr LNG təmin etməyə çalışacaq. 2030-cu ilə qədər AB bazarına hər il 50 milyard kubmetr əlavə LNG təmin etmək üçün əməkdaşlıq edəcəyik", - Bayden bildirib.