21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sergey Şoyqu haradadır?

24.03.2022

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun martın 11-dən sonra ictimaiyyət arasında görünməməsi Qərb mətbuatında ciddi müzakirələrə səbəb olub.

Devran Medianın xəbərinə görə, bəzi analitiklər hesab edirlər ki, nazirin ortalıqdan yoxa çıxması Rusiya ordusunun Ukraynada uğursuzluğa düçar olması, eləcə də bunun Prezident Vladimir Putinin komandasında yaratdığı fikir ayrılıqları və parçalanmalarla bağlıdır. Onların qənaətinə görə, hərbi əməliyyatlarla bağlı Kremllə ordu rəhbərliyi arasında fikir ayrılığı var. Digər bir versiyaya görə, S.Şoyqunun səhhətində ciddi problemlər yaranıb, ona görə də tədbirlərdə görünmür, mətbuatın qarşısına çıxmır.

Maraqlıdır ki, Rusiyanın Ukraynana hərbi müdaxiləsinin hələ ilk günlərində bir çox politoloqlar, hərbi ekspertlər müharibədən sonra S.Şoyqunun vəzifəsindən kənarlaşdırılacağını proqnozlaşdırırdılar. Çünki ordu ümidləri doğrultmamış, ən qısa vaxtda paytaxt Kiyevə girməyi bacarmamışdı.

İddiaların daha da artdığı bir vaxtda Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məsələyə münasibət bildirib.

"Rusiya müdafiə naziri Sergey Şoyqunun indi qayğıları çoxdur. İndi ictimaiyyətlə əlaqələr üçün yaxşı vaxt deyil. Bu, tamamilə başa düşüləndir”, - o söyləyib.

D.Peskov müdafiə nazirinin xəstə olması ilə bağlı iddialara cavab verməkdən yayınıb: "Bu sualla bağlı Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı tövsiyə edirəm”.

Kreml sözçüsünün bu açıqlamanı verdiyi bir vaxtda S.Şoyqu barədə başqa bir informasiya da yayılıb. "RİA Novosti” xəbər verir ki, nazir martın 24-də müşavirə keçirib. Agentlik iddia edir ki, iclasda Qərb ölkələrinin Rusiyanın müdafiə sənayesinə tətbiq etdiyi sanksiyalar müzakirə olunub. Toplantının yekunlarına əsasən ölkə rəhbərliyinə hesabat üçün konkret təkliflər hazırlanıb.

Lakin agentlik S.Şoyqunun iclas keçirdiyinə dair foto və video yaymayıb.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri sonuncu dəfə martın 11-də mediaya açıqlama vermişdi. O bildirmişdi ki, Ukraynadakı müharibəyə Yaxın Şərqdən könüllülər cəlb oluna bilər.