NATO Baş katibinin səlahiyyət müddəti 1 il uzadılıb
24.03.2022
NATO Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti 1 il uzadılıb.
DM media xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.
Qərar NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında qəbul olunub.
"NATO dövlət və hökumət başçılarının Baş katiblik müddətimizi 2023-cü il sentyabrın 30-dək uzatmaq qərarına görə şərəf duyuram. Biz ciddi böhranla üzləşmişik. Ona görə də Alyansımızı güclü saxlamalı və xalqımızın təhlükəsizliyini qorumaq naminə birləşmişik”, - Y.Stoltenberq bildirib.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü Y.Stoltenberq 2014-cü ildən NATO-ya rəhbərlik edir. Onun mandatı 2017-2019-cu illərdə 2 dəfə uzadılıb. Norveçli diplomatın NATO Baş katibi kimi səlahiyyət müddəti 2022-ci ilin sentyabrın 30-da başa çatır.