Rus əsirləri üçün düşərgə yaradılıb
19.03.2022
Ukraynada rus hərbi əsirləri üçün xüsusi düşərgə yaradılıb.
Bu məlumatı Ukrayna baş prokuroru İrina Venediktova BBC-yə müsahibəsində deyib.
"Artıq belə düşərgə var. Bunun üzərində işlədik. Çünki bunu Cenevrə konvensiyası tələb edir. Hərbi əsirləri öz yaralılarımız kimi müalicə edirik”, - Venediktova bildirib.