Qaxda qarın hündürlüyü 80 santimetrə çatıb
19.03.2022
Martın 19-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, qar örtüyü əmələ gəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 80, Xaltanda 47, Altıağacda 46, Şahdağda 39, Kişçay (Şəki) 32, Şəki, Lerikdə 20, Şamaxıda 18, Qrızda 17, Daşkəsəndə 15, İsmayıllıda 11, Göygöl, Quba, Qusar, Ağdərədə (Ordubad) 10, Yardımlıda 5 santimetr olub.
Düşən yağıntının miqdarı Göytəpədə 27 (aylıq normanın 46 faizi), Xaltanda 17 (aylıq normanın 41 faizi), Qax, Tərtərdə 15, Kürdəmirdə 14 (aylıq normanın 41 faizi), Sarıbaşda (Qax) 13, Astara, Kişçay (Şəki), Göyçay, Ağdamda 11, Yardımlı, Şabran, Lerik, Altıağac, Quba, Oğuz, Qəbələdə 10, Lənkəranda 9, Bərdə, Naftalanda 8, Qusar, Ağsu, Beyləqan, İmişli, Şəkidə 7, Cəfərxan, Biləsuvar, Yevlaxda 6, Qrız, Balakən, Sabirabad, Ağdərədə (Ordubad) 5, Şamaxı, Zərdab, Qobustan, Şəmkirdə 4, Şahdağ, Tovuzda 3, Ağstafa, Gəncə, Göygöl, İsmayıllı, Ceyrançöldə 2, Salyan, Hacıqabul, Neftçala, Daşkəsən, Gədəbəy, Ələt, Sədərəkdə 1, Bakıda və Abşeron yarımadasında: Maştağada 9 (aylıq normanın 34 faizi), Bakıda 8 (aylıq normanın 34 faizi), Binədə 6, Sumqayıtda 3, Pirallahı, Çilov adasında 1 millimetrədək olub.
Qərb küləyi əsib, Gəncə, Tovuzda saniyədə 24, Neftçala, Hacıqabul, Şəki, Ceyrançöldə 20, Culfa, Göyçayda 19, Şahbuz, Salyanda 18, Sabirabad, Ağdərədə (Ordubad) 17, Şirvan, Naxçıvanda 16, Abşeron yarımadası və Abşeron dəniz rayonunda 16 metr/saniyəyədək güclənib.
Neft Daşları meteorolojı stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın temperaturu: martın 18-də Bakıda iqlim normasından 4° aşağı olub. Belə ki, minimal temperatur Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan Muxtar Respublikasında 10°-dək, dağlıq rayonlarda 8°-dək, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, fasilələrlə yağıntılı hava şəraiti martın 25-dək davam edəcək.