ABŞ daha 53 “Starlink” peykini orbitə çıxarıb
19.03.2022
ABŞ-ın "SpaceX” kompaniyası şənbə günü "Falcon 9” daşıyıcı raketi ilə daha 53 "Starlink” internet peykini yerətrafı orbitə çıxarıb.
DM xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniyanın məlumatına görə, "Falcon 9” daşıyıcı raketi əlverişsiz hava şəraiti səbəbindən bir saat gec – yerli vaxtla saat 00:42-də (Bakı vaxtı ilə 8:42) Florida sahillərindəki Kanaveral burnunda yerləşən kosmodromdan start götürüb.
"SpaceX” kompaniyasının əməkdaşları əvvəllər 11 dəfə istifadə edilən raketin birinci pilləsini startdan 8,5 dəqiqə sonra yenidən Yerə endirməyə nail olublar. Bu texnologiya kompaniyaya buraxılış xərclərini xeyli azaltmağa imkan verir.
Qeyd edək ki, dünyada ən böyük peyk ope"SpaceX” kompaniyası yer kürəsi sakinlərinin planetin istənilən nöqtəsində genişzolaqlı internetə girişini təmin etməyə imkan verəcək şəbəkənin qurulması üçün orbitdə 12 min kosmik aparat yerləşdirməyi planlaşdırır. Layihənin reallaşdırılması üçün investisiyaların ümumi həcmi 10 milyard dollardır. 2019-cu ilin may ayından bu yana kosmosa hər birinin çəkisi 290 kiloqram olan ümumilikdə 2,2 mindən çox mini peyk çıxarılıb.