Rusiyaya tətbiq edilən sanksiyaların, bir sıra sahələrlə yanaşı, avtomobil bazarına da təsiri qaçılmazdır. Xüsusilə də Azərbaycana Rusiyadan kifayət qədər xarici markalı avtomobil idxal edildiyinə görə maşın bazarında qiymətlərin artacağı ehtimal edilir.
Ekspertlərin fikrincə, Rusiyadan gətirilən avtomobillərin qiymətində 700 manata qədər bahalaşma ola bilər.
Bəzi ekspertlər isə hesab edirlər ki, rəsmi Moskvanın üzləşdiyi sanksiyalar Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiymətlərinə bir o qədər də təsir etməyəcək.