300 şirkət Moskvadan getdi, işsizlər ordusu yaranır
18.03.2022
Bir neçə min xarici şirkətdən artıq 300-ü Moskvada fəaliyyətini dayandırıb.
"DM" xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin deyib.
O bildirib ki, şirkətlərin sonrakı taleyi rəhbərlərindən asılıdır, Rusiyanın isə öhdəliyi həmin şirkətlərdə çalışan vətəndaşların işlə təmin olunmasıdır.
"Biz bilirik ki, yeni çağırış və problemlərlə üz-üzəyik. Xüsusilə xarici şirkətlərlə bağlı. Moskvada onlar çoxdur – bir neçə min! Hazırda 300-ə yaxın şirkət artıq fəaliyyətini dayandırıb. Bizim vəzifəmiz o şirkətlərdə çalışan insanları işlə təmin etməkdir”, - Sobyanin deyib.