Ekologiya naziri Kürün qurumasından DANIŞDI
18.03.2022
"Kür çayında suyun səviyyəsinin azalması iqlim dəyişiklikləri ilə bağlıdır”.
"DM” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə bildirib.
"Təəssüf ki, yağıntının çox az olması da öz təsirini göstərib. Qar da az olub. Əsas məqsədimiz, xüsusilə də yay aylarında istehlakçıları təmin etmək üçün su resurslarının saxlanması üsullarını və yerlərini tapmaqdır. Bunun biomüxtəlifliyə mənfi təsir göstərən amil olduğunu da nəzərə almaq lazımdır. Bu problemin həll yolunun tapılması üçün beynəlxalq təşkilatlarla işləyirik.
Bu proseslər təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir. Bir çox ölkələrdə çay və dənizlərdə suyun səviyyəsinin düşməsini müşahidə etmək olar”, - M.Babayev deyib.