Türkiyə un ixracına qadağa QOYDU
06.09.2018
Türkiyədə unun istehlak qiymətlərini qoruyub-saxlamaq məqsədilə bu məhsulun ixracı məhdudlaşdırılıb.
"Dövran Media" xəbər verir ki, Türkiyədə 50 kiloqramı 75 lirə olan unun qiyməti son günlər 95-100 lirəyə yüksəlmişdi.
Türkiyə Ticarət Nazirliyinin açıqlamasına görə, ixracına qadağa qoyluna un növü ümumi un ixracının 1 faizini təşkil edir. Bildirilir ki, məhdudlaşdırma müvəqqətidir. Qiymətlər tənzimləndikdən sonra məhdudlaşdırılma aradan qaldırılacaq.