21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ukrayna şəhərlərinin bombardmanı davam edir: Ölənlər var

18.03.2022

Ukraynanın bir çox bölgələrində hava həyəcanı verilib. Bundan yarım saat sonra Lvovda partlayışlar başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, daha sonra Xarkov və Dneprdə partlayışların baş verdiyi barədə xəbərlər yayılıb.

Partlayışlar Nikolayev vilayətinin Voznesensk şəhərində də qeydə alınıb. Mərmilərin silah anbarına düşdüyü qeyd edilir.

Sumı rayonunda işğalçılar iki dinc sakini qətlə yetiriblər. Onlardan biri gənc qız olub: güllə ona avtomobildə olarkən dəyib. Digəri isə kiçik bir qəsəbəni ərzaqla təmin edən kişi olub.

Şəhərətrafı qəsəbələrin və Sumı şəhərinin atəşə tutulmasının davam etdiyi vurğulanır.

Eyni zamanda qeyd edilir ki, işğalçılar insanlardan silahlarını və telefonlarını alırlar.