12 04 2025-cu il Bakı 9 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Amerikalılar “Facebook”u silir - SƏBƏB

06.09.2018

Amerikalı istifadəçilərin dörddə biri smartfonlarından "Facebook” mobil tətbiqini silib. 
"Dövran Media" xəbər verir ki, bununla bağlı yeni araşdırmalarda məlumat verilib. 
Sorğu "Pew” araşdırmalar mərkəzi tərəfindən may və iyun aylarında 4500 nəfər arasında keçirilib. 
Məlum olub ki, onlardan 26 faizi smartfonlarından tətbiqi siliblər, 42 faizi isə xəbərlərə baxmaq və statusunu yeniləmək üçün "Facebook”a girməyi dayandırıblar, 54 faiz istifadəçi isə profillərinin məxfiliklərini artırıblar. 
"Pew” bildirib ki, amerikalılar "Cambridge Analytica” ilə bağlı qalmaqaldan sonra sosial şəbəkələrdən şübhələnməyə başlayıblar.