21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bağçanın uşağın həyatındakı rolu - AÇIQLAMA

06.09.2018

"Təhsil haqqında” qanunda uşaq bağçaları təhsil sisteminin ilk pilləsi kimi təsbit olunub. Son dəyişikliyə görə məktəbəqədər təhsil 1 yaşından götürülür. Bu dəyişikliyin kifayət qədər ciddi əsasları var. Uşaq dil açmağa 1 yaşından başladığı üçün ona həm psixoloji, həm də pedaqoji baxımdan pəşəkar yanaşmağa ciddi ehtiyac duyulur.
"Dövran Media" xəbər verir ki, bunu açıqlamasında "Buta” uşaq bağçasının müdiri Günay Ağamalı bildirib.
O bildirib ki, uşaqların hərtərəfli və intellektual inkişafının təməli məhz körpələr evi - uşaq bağçalarında qoyulur.
"Uşaqların cəmiyyətə düzgün inteqrasiyası, ünsiyyət mədəniyyəti, ətraf aləmi dərk etmək və bundan doğan sualların düzgün cavabını almaq baxımından körpələr evi-uşaq bağçasının analoqu yoxdur.
Uşaq bağçasının üzərinə düşən sonuncu missiya körpələrimizi məktəbə hazırlamaqdır. Təcrübədən söyləyə bilərəm ki, kiçik yaşlarından bağçaya gələnlər 5 yaşında məktəbə hazırlıq proqramını çox asanlıqla və uğurla mənimsəyə bilir. Təəssüflə qeyd etməliyəm ki, orta məktəblərdə məktəbə hazırlıq proqramının ancaq orta məktəblərdə keçirilməsinin vacibliyi haqqında fikirlər səsləndirilir. Bu, kökündən yanlışdır və belə yanaşma valideynləri çaşqın vəziyyətə salmaqla bərabər körpələr evi - uşaq bağçalarının qanunla müəyyən olunmuş hüquqlarını pozmağa xidmət edir.
Dəyərli valideynlərin diqqətinə çatdırmağı vacib hesab edirəm ki, bu cür əsası olmayan çağırışlara əhəmiyyət verməsinlər”.
G. Ağamalı ümidvar olduğunu bildirib ki, Təhsil Nazirliyi də öz növbəsində körpələr evi - uşaq bağçalarının hüquqlarının pozulmasına və fəaliyyətinin məhdudlaşdırılmasına xidmət edən qeyri-qanuni çağırışların qarşısının alınması üçün ciddi addımlar atacaq.