30 01 2025-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya Haaqa Məhkəməsinin tələbinə əməl etməyəcəyini açıqlayıb

17.03.2022

"Rəsmi Moskva BMT-nin Beynəlxalq Məhkəməsinin (Haaqa Məhkəməsi) Ukraynada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən qərarını diqqətə almayacaq”.

"DM” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

"Beynəlxalq Məhkəmədə tərəflərin razılığı kimi bir şey var. Burada heç bir razılaşma ola bilməz. Belə halda bu, nəzərə ala bilməyəcəyimiz bir şeydir”, - sözçü izah edib.

Qeyd edək ki, ötən gün BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.