21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiyanı danışıqlarda aldada bilərlər – Rus ekspert

17.03.2022

Ukraynanın İsveç və ya Avstriya modelinə uyğun olaraq neytral status alması kompromis ola bilərdi.

"DM" xəbər verir ki, bu barədə Hərbi Diplomatlar Liqasının vitse-prezidenti, Rusiya XİN-in Diplomatik Akademiyasının professoru Vladimir Vinokurov bildirib.

"Ukraynanın neytral statusu, əlbəttə ki, bu gün Rusiya ordusunun apardığı xüsusi əməliyyatın ən əlverişli nəticəsi olardı”, – deyə Vinokurov bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Ukraynada "Moskva ilə dost olmayan” hakimiyyətin qorunub-saxlanılması şəraitində Rusiyanın qarşı tərəfin təklifinə tələsik razılıq verməsi revanşizmə və gələcəkdə yeni hərbi təhlükələrə səbəb ola bilər.

"Qərbin mövcud dəstəyi ilə Kiyevin hazırkı hakimiyyəti öz kursunu dəyişməyəcək, bitərəflik isə imitasiya ola bilər”, - deyə ekspert hesab edir.