Xarkovda bazar bombardman edildi
17.03.2022
Ukraynanın Xarkov vilayətində yerləşən bazar rus ordusu tərəfindən bombardman edilib.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Bazarda 3 min 600 kvadratmetrlik dükanlar tamamilə məhv edilib.