Rus ordusu nə qədər əsgər itirib? - Pentaqon
17.03.2022
Pentaqon hesab edir ki, Ukraynadakı müharibədə ölən rus əsgərinin sayının çox olması onlarda döyüşləri davam etdirmək iradəsini darmadağın edə bilər.
"DM" xəbər verir ki, bu barədə "Nyu York Tayms” nəşri məlumat yayıb.
"Amerika kəşfiyyatının hesablamasına əsasən, müharibədə 7000 rus əsgəri ölüb. Bu, İraq və Əfqanıstandakı müharibələr zamanı 20 il ərzində öldürülən Amerika əsgərlərinin ümumi sayından çoxdur. Lakin mənbələr ölənlərlə bağlı məlumatların qeyri-dəqiq ola biləcəyini deyirlər. Ümumilikdə, Rusiyadan müharibədə 150 mindən çox hərbçi iştirak edir”, - nəşr bildirib.
Qeyd olunur ki, rus ordusu çaşqınlıq içərisində olduğundan onlar Ukrayna şəhərlərinə, evlərə, xəstəxanalara və məktəblərə daha çox hücumlar edir.