Baydenin Vladimir Putinlə bağlı çıxışına Kremldən sərt CAVAB
17.03.2022
ABŞ Prezidenti Co Baydenin Rusiya Prezidenti Vladimir Putinlə bağlı çıxışına rəsmi Kremldən cavab gəlib.
Putinin mətbuat katibi Dmitri Peskov məsələyə sərt şəkildə münasibət bildirib:
"Bombaları səbəbindən dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”.
Xatırladaq ki, Bayden Rusiya prezidentini "hərbi cinayətkar” adlandırıb.
Mənbə: RİA Novosti