Azərbaycan nefti ucuzlaşmaqda davam edir
17.03.2022
Azərbaycan nefti ucuzlaşıb.
"Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 1,14 ABŞ dollar, yaxud 1,08 faiz azalıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 104,48 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.