İranda 6 bal gücündə zəlzələ
17.03.2022
İranın Hörmüzqan vilayətində 6 bal gücündə zəlzələ baş verib.
"DM" xəbər verir ki, bu barədə Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri yerli vaxtla saat 02:45-də Kuherd şəhərində olub. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində meydana gəlib.
Zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Dağıntı və tələfat barədə məlumat verilməyib.