Türkiyəli müəllim və şagirdlər Qarabağa səfər edəcəklər
16.03.2022
Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyəti Bakıya səfər edəcək.
"DMt” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin Türkiyədə bu ölkənin milli təhsil naziri Mahmut Özerlə görüşündə bildirilib.
Səfərin may-iyun aylarında gerçəkləşməsi nəzərdə tutulur. Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunan ərazilərinə getmələri planlaşdırılır.