Hulusi Akar NATO-nun qərargahına gəlib
16.03.2022
Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun fövqəladə iclasına qatılmaq üçün Brüsseldə alyansın qərargahına gəlib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nazir iclasdan öncə Türkiyənin NATO yanında daimi nümayəndəliyini ziyarət edib.