Almaniya: Bütün bəlaların kökü budur
06.09.2018
Almaniyanın aparıcı partiyalarının reytinqinin düşməsinin əsas səbəbi miqrasiya problemidir.
"Dövran Media" xəbər verir ki, bunu Almaniya mətbuatına açıqlamasında Daxili İşlər naziri Horst Zexofer deyib.
"Miqrasiya məsələsi ölkədəki bütün siyasi problemlərin mənbəyidir. Bunu bütün sorğular sübut edir. Almanların bir çox sosial təhlükəni miqrasiya məsələsi ilə əlaqələndirirlər”, – deyə o bildirib.