NATO müdafiə nazirlərinin toplantısı başladı
16.03.2022
NATO müdafiə nazirlərinin fövqəladə toplantısı başlayıb.
"DM" NATO-nun rəsmi saytına istinadən xəbər verir ki, iclas Alyansın Brüsseldəki mənzil-qərargahında keçirilir.
İclasda Finlandiya, Gürcüstan, İsveç, Ukrayna və Avropa İttifaqı ölkələri iştirak edir. Nazirlər Ukrayna ətrafındakı durumu müzakirə edəcəklər.
Qeyd edək ki, toplantıda Türkiyə milli müdafiə naziri Hulusi Akar da iştirak edir.