Qəhvə içməyin faydaları
06.09.2018
Hər gün bir fincan qəhvə içməyin bir sıra faydaları aşkar edilib.
Rusiyanın naked-science.ru saytı xəbər verir ki, alimlər 10 il ərzində 10 min nəfər üzərində tədqiqat aparıblar. Araşdırmalar nəticəsində qəhvə içməyin xərçəng, yaddaş problemi, ürək xəstəliyi, erkən yaşlanma və ani ölüm riskini azaltdığı məlum olub.
Gündə bir fincan qəhvə içmək erkən ölüm riskini səkkiz faiz azaldır. Gün ərzində 2-5 fincan qəhvə həmin riski 12, altı fincan qəhvə isə 16 faizə endirir.