Bu ölkələrin baş nazirləri Kiyevə gəlir
15.03.2022
Bu gün Polşa, Çexiya və Sloveniya baş nazirləri Kiyevə səfər edəcək.
Bu barədə Polşa Baş naziri Mateuş Moravetski Feysbuk hesabında yazıb.
"Bu gün, Rusiyanın Ukraynaya təcavüzünün 20-ci günü ukraynalılarla həmrəyliyimizi nümayiş etdirmək üçün baş nazirin müavini Yaroslav Kaçinski, Çexiya Baş naziri Petr Fiala və Sloveniya Baş naziri Yanez Yanşeylə Kiyevə gedirik”, - Moravetski bildirib.
Onun sözlərinə görə, səfər Avropa Birliyi ilə razılaşma əsasında həyata keçirilir və Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və BMT bu barədə məlumatlandırılıb.