03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya sanksiyalara görə dost ölkələrə üz tutub: Azərbaycandan məhsul idxal edəcək

15.03.2022

"Qərbin sanksiyaları səbəbindən Rusiyada ərzaq çatışmazlığı riski yoxdur, Moskva dost ölkələrdən tədarükləri genişləndirir”.

Bu sözləri Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Baş nazirin müavini vurğulayıb ki, sanksiyalar Rusiyada aqrar-sənaye bazarının təcrid olunmasına gətirib çıxarmayacaq.

"Dünya təkcə ABŞ və Avropa İttifaqı ilə məhdudlaşmır. Rusiya yeni bazarlar açır və yeni təchizatçılarla müqavilələr bağlayır”, - deyə Abramçenko bildirib.

Onun sözlərinə görə, son ay yarım ərzində "Rosselxoznadzor” 140-dan çox xarici müəssisənin, o cümlədən Türkiyə, Hindistan, Çin, Belarus, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan məhsulların Rusiyaya idxalına icazə verib. Söhbət süd və ət məhsullarının, yem və əlavələrin, balıq məhsulları və damazlıq ehtiyatı, həmçinin inkubator yumurtalarının tədarükündən gedir.

Mənbə: RİA Novosti