Rus ordusu internat məktəbini vurdu: 4 ölü
15.03.2022
Rusiya hərbçiləri Luqansk vilayətinin Rubejnı şəhərindəki görmə məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulmuş internata, şəhər xəstəxanasına və 3 məktəbə zərbələr endirib.
"DM" xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.
"Rubejnıda düşmən görmə məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulmuş "Xrustalik” internatını, şəhər xəstəxanası və 3 məktəbi dağıdıb. 4 nəfər həlak olub”, - Qayday bildirib.