Məşhur müğənni ölkəni tərk etdi
06.09.2018
Məşhur rusiyalı müğənni Yuliya Samoylova ölkəsini tərk edərək, Avropaya köçüb.
"Dövran Media" xəbər verir ki, bu barədə bəyanatı Samoylova öz Yutub səhifəsində paylaşıb. O, Şeremetyova hava limanında fotosunu çəkərək, İnstaqram hesabına yerləşdirib. Samoylova niyə Rusiyanı tərk etdiyini açıqlamayıb.
Qeyd edək ki, Samoylova Rusiyanı "Avroviziya 2018”-də təmsil edib. 2015-ci ildə onun Krıma qanunsuz səfər edərək konsert verməsi, Ukrayna və Qərb ölkələrinin kəskin tənqidinə səbəb olmuşdu.