Rusiyadan Aİİ-yə taxılın, üçüncü ölkələrə şəkərin ixracına QADAĞA
15.03.2022
Rusiyanın Baş naziri Mixail Mişustin avqustun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə (Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan) taxılın, o cümlədən avqustun 31-dək üçüncü ölkələrə ağ şəkərin və xam qamış şəkərinin ixracına müvəqqəti qadağa tətbiq edilməsi haqda fərman imzalayıb.
Qadağa buğda, çovdar, arpa, qarğıdalı və zeytuna da şamil edilir.
Eyni zamanda, bu məhsulların tədarükü humanitar yardımın təmin edilməsi, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq.
Qeyd olunur ki, müvafiq qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər şəraitində qorumaq məqsədilə qəbul edilib.
Mənbə: İzvestiya