Zelenski: “Rusiya ilə danışıqlar bu gün də davam etdiriləcək”
15.03.2022
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh danışıqlarının bu gün davam etdiriləcəyini bildirib.
O, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və İsrailin baş naziri Naftali Bennetlə danışıqlar apardığını bildirib.
Bundan əlavə, V.Zelenski Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə danışıqlarda fəaliyyətini müsbət dəyərləndirib.
Mənbə: İzvestiya