Rusiya Ukraynadakı hərbi əməliyyatların nə vaxt başa çatacağına aydınlıq gətirib
14.03.2022
Rusiya Ukraynadakı hərbi əməliyyatların nə vaxt başa çatacağına aydınlıq gətirib
"Rusiyanın Ukraynadakı hərbi əməliyyatları plan üzrə davam edir”.
"DM” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, əməliyyatların nə vaxt başa çatacağı barədə dəqiq tarixi açıqlamayıb: "Əməliyyatlar vaxtında və tamamlandıqdan sonra başa çatacaq”.
D.Peskov həmçinin bildirib ki, Ukraynanın bütün iri şəhərlərinin tam nəzarətə alınması mümkündür: "Biz mülki əhalinin təhlükəsizliyini mümkün qədər təmin etməyə çalışırıq. Eyni zamanda, mühasirəyə alınmış bütün böyük şəhərlərin tamamilə nəzarətə götürülməsi istisna deyil”.