Müdafiə Nazirliyinin sabiq idarə rəisi HƏBS OLUNDU
14.03.2022
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Fikrət Mirzəyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
F.Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.
Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.