Ukraynada 19 gündə 90 uşaq ölüb
14.03.2022
Ukraynada Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları başlayandan bəri 90 uşaq ölüb.
Bu barədə Ukrayna prokurorluğu məlumat yayıb.
Bundan başqa 100-dən çox uşaq yaralanıb.
Ölənlərin əksəriyyəti Kiyev, Xarkov, Donetsk, Çerniqov, Sumı, Xerson, Nikolayev və Jitomir vilayətlərindəndir.
"Dünən Nikolayevin atəşə tutulması nəticəsində iki uşaq ölüb, daha ikisi yaralanıb. Onlar mülki infrastruktura atəş açıblar”, - deyə prokurorluq vurğulayıb.
Bundan əlavə, bombardman və top atəşləri nəticəsində 380-ə yaxın təhsil müəssisəsi zərər görüb. Onlardan 59-u tamamilə məhv edilib. Ən çox dağıntılar Donetsk bölgəsindədir. Orada 119 təhsil müəssisəsinə ziyan dəyib.