Ukrayna ordusu əks-hücuma keçdi: Rusiya qoşunları ağır itki verdi
14.03.2022
Ukrayna Silahlı Qüvvələri İzyum yaxınlığında əks-hücuma keçiblər.
Bu barədə Odessa vilayəti üzrə hərbi administrasiyanın operativ qərargahının nümayəndəsi Sergey Bratçuk sosial şəbəkə hesabında yazıb.
"Ukrayna Silahlı Qüvvələri Kiyev yaxınlığında əks-hücuma keçib. Bu ərazidə Ukrayna ordusunun aktiv hücum fəaliyyətləri nəticəsində düşmən Topolsk, Şpakovka, Donetsk rayonlarında ağır itki verərək geri çəkilib”, - deyə o bildirib.
Mənbə: Unian.net