Yaponiyada güclü zəlzələ oldu
06.09.2018
"Dövran Media" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin yaydığı məlumatda deyilir.
Bildirilir ki, yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,7 bal təşkil edib.
Zəlzələnin episentri Hokkaydo adasında Sapporo şəhərindən 66,9 kilometr aralıqda 39 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntı haqqında məlumat verilmir.