21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda ərzaq məhsulları bahalaşdı - Video

14.03.2022

Son bir ildə, xüsusilə 3 ayda ərzaq məhsullarının qiyməti kəskin artıb.

Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, alıcılar ötən ilin fevral ayında aldıqları eyni məhsul qrupunu bu il almaq üçün 17,2 faiz daha artıq pul xərcləyiblər.

Qeyd edək ki, alıcılarla yanaşı, satıcılar da qiymətlərin xüsusilə son 3 ayda daha çox artdığını bildirirlər.

Deyirlər ki, firmalar daşıma xərcləri və xammal qıtlığını əsas gətirərək malları daha baha təklif edirlər. Mağazalar isə malı əsasən aldıqları qiymətdən 10-15 % baha satırlar.

İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər”ə açıqlamasında qiymət artımının əsas səbəblərinin pandemiya, logistika xərclərinin artması, xammal qıtlığının yaranması olduğunu deyib.

Üstəlik, dünyada ciddi ərzaq qıtlığının yarana biləcəyi qorxusu da var. Baş verən inflyasiyanın bu ildən azalacağı gözlənsə də, Rusiya-Ukrayna müharibəsi vəziyyəti dəyişdi.

Ekspertin fikrincə, Rusiya-Ukrayna müharibəsi və onun arealının genişlənə biləcəyi ehtimalı inflyasiyanın bu il aşağı düşmə şərtlərini xeyli çətinləşdirir. Bu isə o deməkdir ki, qiymət artımı bundan sonra da davam edə bilər.