Türkiyə Rusiyaya qarşı sanksiyalar planlaşdırmır
11.03.2022
Türkiyə hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmır.
Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Hazırda biz Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq. Çünki biz güvən kanalının açıq qalmasını istəyirik. Və təbii ki, iqtisadiyyatımızın zərər görməsini istəmirik”, - deyə o bildirib.
Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın bütün müttəfiqlərindən Rusiyaya qarşı sanksiyalar gözlədiyini, bu siqnalın Türkiyəyə də göndərildiyini bildirmişdi.
Mənbə: RİA Novosti