Rusiyaya qarşı sanksiyalar erməniləri ac qoya bilər
11.03.2022
44 günlük müharibə Ermənistanın uzun illər istismar etdiyi Azərbaycan torpaqlarında qanunsuz olaraq taxıl əkini ilə məşğul olmasına da son qoydu.
Bu isə Ermənistan dövlətinin taxıla olan ehtiyacının artmasına, dolayısı ilə taxılın əsas ixrac yeri olan Rusiyadan asılılığının artmasına gətirib çıxarıb.
Məsələ ilə bağlı danışan erməni deputat Vaqe Akopyan bildirib ki, Rusiya tərəfindən taxıl ixracının mümkün məhdudlaşdırılması ilə bağlı verdiyi proqnozlar reallığa çevrilib:
"Rusiyaya qarşı sanksiyalar nə qədər ağırlaşsa, Ermənistana da o qədər ağır təsir göstərəcək. Bu gün biz Rusiyadan asılı vəziyyətdəyik”.
Qeyd edək ki, işğal illərində ermənilərin Qarabağdakı əkin sahələrini istismarı nəticəsində illik ehtiyacın 30 faizini ödəyəcək qədər taxıl əldə olunub. Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsindən sonra bu həcmdən məhrum olan ermənilər Rusiyanın taxıl ixracına məhdudiyyət tətbiq etməsi ilə olduqca aciz duruma düşürlər. İxrac məhdudiyyətlərinin artması isə Ermənistanı uçuruma sürükləyə bilər.
Mənbə: news.am