Rusiyada bu ərzaqlar kəskin bahalaşdı
11.03.2022
Rusiyada martın ilk həftəsində şəkər, elektrik malları və məişət texnikası kəskin bahalaşıb.
Bu barədə faktı "İctimai Rəy” Fondunun sorğusu üzə çıxarıb.
Sorğu məlumatlarına əsasən, respondentlərin 31%-i çörəyin, 36%-i südün, 34%-i yumurtanın, 38%-i ətin və quş ətinin qiymətlərinin artdığını qeyd edib. Respondentlərin 44%-i şəkərin qiymətinin artmasına da diqqət çəkib.
Daha 29% sorğu iştirakçısı elektrik mallarının və məişət cihazlarının qiymətlərində artım olduğunu bildirib.