Rusiyada dolların “rəsmi məzənnəsi” açıqlandı
11.03.2022
Rusiyada bu gün üçün dollar və avronun rəsmi məzənnəsi açıqlanıb.
Rusiya mediası "Moskva birjasının məlumatlarına” istinadla dolların 117,1 rubla, avronun isə 122.37 rubla düşdüyünü yazıb.
Qeyd edək ki, Moskva birjasında ticarət aparılmır və rəsmi saytının fəaliyyəti dayandırılıb, həmçinin Rusiya Mərkəzi Bankı vətəndaşlara valyuta satılmaması ilə bağlı banklara tapşırıq verib. Banklarda valyutada əmanəti olan əmanətçilər belə yalnız ən zəruri sənədlər təqdim etdikdə məhdud miqdarda valyuta götürə bilirlər. Bu baxımdan dolların rəsmi məzənnəsi hazırda şərti anlayışdır.
Qara bazarda isə dolların 400 rubla qədər bahalaşdığı haqda məlumat var.