Suriyadan Türkiyəyə atəş açıldı
05.09.2018
Şanlıurfa mahalının qarşısında yerləşən və terror qruplaşması PYD-nin nəzarətində olan Telabyad bölgəsindən Türkiyə istiqamətində atəş açılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
Məlumata görə, atəşə türk ordusu dərhal qarşılıq verib. Ordunun müdaxiləsindən sonra qarşı tərəf atəşi dayandırıb.