21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ekspert: “Azərbaycanda ərzaq qıtlığı yarana bilər, taxılın qiyməti qalxacaq”

11.03.2022

"Dünya bazarında buğda 40 faiz, soya yağı 26 faiz, qarğıdalı və qarğıdalı unları 20 faiz bahalaşıb. Dövlətlərin həmin qidalarla təchiz olunmasında Rusiya və Ukrayna əsas rol oynayır. Ukraynada istehsalat pozulub. Bu o deməkdir ki, növbəti mövsümdə Ukrayna məhsul istehsal edə bilməyəcək. Rusiyaya qarşı sanksiyalara görə qıtlıq müşahidə oluna bilər”.

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov ​deyib.

Ekspert bildirib ki,​ Rusiya hökuməti​ ölkənin alternativ istiqamətlərdə azalan gəlirlərinin kompensasiyası məqsədi ilə taxılın ixracı ilə bağlı təsdiq etdiyi rüsumu artıracaq. Bu, o deməkdir ki, taxıl bazarda daha yüksək qiymətlə təqdim olunacaq. Rusiya həm də kvota tətbiqinə çalışacaq:

"Onsuz da pandemiya qiymətlərin yüksəlməsinə səbəb olub. BMT-nin Ərzaq Tədarükü Təşkilatının hesabatına görə, 36 faiz ilə son 40 ildə artımın pik həddi görünüb. Sonra da bu müharibə dünyada, o cümlədən Azərbaycanda bahalaşmanı kəskin sürətləndirdi”.

R.Həsənov vurğulayıb ki, Azərbaycan 85-92 faiz taxıl idxalında Rusiyadan asılı ölkədir. Düzdür, ilk dövrlərdə ola bilsin ki, rəsmi Moskva müvafiq problemləri, çətinlikləri və kvotaları məhz dost olmayan ölkələrə tətbiq etsin. Amma onun gəlirləri azalır:

"Alternativ mənbələrdən enerji resurslarını sata bilmir. Ona görə çalışacaq ki, əlindəki məhsulların ixracından gəlir əldə etsin. Rusiyada​ istehsal prosesi pozulacaq. Çünki texnologiyanın idxalı məhdudlaşdırılır. Belə olanda​ istehsalat aşağı düşəcək. Bu da məhsulu bahalaşdıracaq. Nəticədə bu, Azərbaycandakı qiymətlərə təsir göstərəcək”.