Britaniya 7 məşhur rus oliqarxın aktivlərini dondurdu
10.03.2022
Britaniya hökuməti 7 rusiyalı oliqarxın ölkədəki aktivlərinin dondurulması və səfərlərinin qadağan edilməsinə qərar verib.
"DM" xəbər verir ki, sanksiya siyahısında Britaniyanın "Çelsi” futbol komandası ilə yanaşı, "Evraz” və "Norisk Nikel” şirkətlərinin sahibi olan rusiyalı oliqarx Roman Abramoviçin adı yer alıb.
Hökumətin verdiyi açıqlamada sanksiyaların tətbiq ediləcəyi digər oliqarxlar arasında "En Group"un səhmdarı Oleq Deripaska, "Rosneft"in baş icraçı direktoru İqor Seçin, VTB sədri Andrey Kostin, "Qazprom"un baş icraçı direktoru Aleksey Miller də var.
Həmçinin 7 oliqarxın bütün aktivləri dondurulub, Britaniya şirkəti və vətəndaşlarına onlarla iş görmək qadağan edilib.