Çin Rusiyaya bu məhsulu tədarükdən imtina etdi
10.03.2022
Pekin Rusiya aviaşirkətlərinə təyyarə komponentlərini tədarük etməkdən imtina edib.
Bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin şöbə rəhbəri Valeri Kudinov deyib.
"Başqa ölkələr vasitəsilə axtarış aparacağıq. Türkiyə və ya Hindistan belə təchizatçı ola bilər”, - o bildirib.
Kudinov əlavə edib ki, hər bir şirkət satınalma ilə bağlı özü danışıq aparacaq.