Çavuşoğludan Kuleba-Lavrov görüşünə reaksiya
10.03.2022
Sülhə ən çox ehtiyac duyulduğu bu zamanda Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı və ukraynalı həmkarım Lavrov və Kuleba ilə üçlü formatda görüşdük. İstəyimiz bölgəmizdə yenidən sülhün təmin edilməsidir. Rusiya ilə Ukrayna arasında diplomatiyanın istifadə edilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu üçtərəfli görüşlə bağlı özünün rəsmi Feysbuk səhifəsində yazıb.