21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kulebadan ilk açıqlama: Görüş nəticəsiz oldu

10.03.2022

Bu görüş üçün türkiyəli həmkarım Mövlud Çavuşoğluna təşəkkür edirəm.

Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Bu, müharibədən sonra Ukrayna və Rusiya XİN başçılarının ilk görüşü idi. Görüş həm çətin, həm də asan oldu. Əlimdən gələnin ən yaxşısını etməyə çalışdım”, - o bildirib.

Onun sözlərinə görə, görüşdə 24 saatlıq atəşkəs və humanitar dəhlizlərin açılması məsələsini müzakirə ediblər: "Cənab Çavuşoğlu iki tərəfin maraqlarını yaxınlaşdırmaq naminə ciddi işlər gördü. Ən azından 24 saatlıq atəşkəsin elan olunması ümidi ilə Antalyaya gəldim. Humanitar dəhlizlərin işə düşməsinə ümid edirəm. Rusiya bunu istəmirsə, biz müharibəni dayandıra bilməyəcəyik. Çünki Rusiyanın atəşkəs elan etməsi real görünmür. Amma Ukrayna güclüdür və mübarizə aparmağa davam edir. Diplomatik həlli görmək istəyirik. Lakin təslim olmayacağıq”.

XİN başçısı söyləyib ki, Rusiyanın işğal etdiyi regionlardakı torpaqların azad olunması üçün fəaliyyətlərini davam etdirəcəklər.